Göydəniz Qəhrəmanov: “Qarabağ bölgəsində böyük turizm imkanları mövcuddur”

Sentyabr 13, 2025 16:17 / 347
Göydəniz Qəhrəmanov: “Qarabağ bölgəsində böyük turizm imkanları mövcuddur”
A-
A
A+

“Turizm sahəsi Azərbaycanda prioritet sahələrdən birinə çevrilib”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov deyib.

cbx-add

Onun sözlərinə görə, ölkə başçısının xüsusi diqqəti nəticəsində respublikamızda turizm imkanları ildən-ilə genişlənir. Həm paytaxtda, həm də regionlarda turizm infrastrukturu qurulur: “Bilirik ki, Azərbaycanda həm qış, həm də yay turizmi imkanları mövcuddur. İstər paytaxtda, istərsə də regionlarda yeni otellər açılır. Bir çox dünya brendi olan otellərin Azərbaycanda fəaliyyəti həyata keçirilir və ölkəyə gələn qonaqlar rahatlıqla bu otellərdə istirahət edirlər. Çox qısa müddətdə mühüm nailiyyətlər əldə olunub.

Paralel olaraq, Qarabağ bölgəsində də böyük turizm imkanları mövcuddur və burada genişmiqyaslı işlər görülür. Çox qısa bir zamanda üç beynəlxalq hava limanı istifadəyə verilmişdir. Logistika imkanları sürətlə inkişaf edir və bölgəyə sürətli yollar çəkilir. Bu yaxınlarda Bakı-Ağdam və Bakı-Füzuli istiqamətində dəmir yolu xətlərində ilk qatarlar hərəkətə başlamışdır. Həmçinin bölgədə yeni otellər açılır. Bu da göstərir ki, yaxın gələcəkdə bu bölgəyə həm xarici, həm də yerli turistlərin axını gözlənilir. Paytaxtda isə bir çox beynəlxalq tədbirlər keçirilir. Məsələn, hər il Azərbaycanda Formula 1 yarışları təşkil olunur. Keçən il ölkəmizdə ən böyük tədbirlərdən biri olan COP29 planlaşdırılıb. Bu cür beynəlxalq tədbirlər, əlbəttə ki, turizm potensialımızı nümayiş etdirmək üçün əla fürsətdir.

Oxşar xəbərlər