Göydəniz Qəhrəmanov Milli Məclisdə nəqliyyatçıları və turistləri maraqlandıran məsələ ilə bağlı çıxış edib

Oktyabr 11, 2025 17:48 / 222
Göydəniz Qəhrəmanov Milli Məclisdə nəqliyyatçıları və turistləri maraqlandıran məsələ ilə bağlı çıxış edib
A-
A
A+

“Mənə söz verdiyinizə görə təşəkkür edirəm. Öncədən bildirirəm ki, qanun layihəsinə səs verəcəm.

cbx-add

Hazırda bir məsələ ilə bağlı çıxış edib təklif irəli sürmək istərdim”.

Turizmplus.az xəbər verir ki, bu fikirləri millət vəkili Göydəniz Qəhrəmanov oktyabrın 10-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclasında səsləndirib.

“Cənab Prezidentin diqqəti və dəstəyi nəticəsində turizm sahəsi ölkəmizdə sürətlə inkişaf edir. İnfrastruktur qurulur, yeni hava limanları açılır, tanıtım işləri aparılır, sahibkarların investisiya yatırımı üçün münbit şərait və Dövlət dəstəyi var. İldən-ilə Azərbaycana gələn turistlərin sayı artır və növbəti illərdə kəskin artım gözlənilir.

Bir məsələni diqqətinizə çatdırmaq istərdim: belə ki, turist daşıyan nəqliyyat vasitələri üçün xüsusi dayanacaqların azlığı və bəzi ərazilərdə ümumiyyətlə olmaması səbəbindən turistlərin rahatlıqla otellərə çatdırılması çətinləşir.

Təklif edərdim ki, turist daşıyan nəqliyyat vasitələri üçün şəhərimizin müxtəlif yerlərində aidiyyəti qurumlar dayanacaqlar müəyyən etsin.
Düşünürəm ki, bu addım həm turistlərin otellərə və turistik məkanlara rahatlıqla çatmasına, eyni zamanda nəqliyyatçıların yüksək xidmət göstərməsinə kömək edəcək”, – deyə millət vəkili qeyd edib.

Oxşar xəbərlər