USD 1.7
17 °C

Fuad Nağıyev Türkiyənin Mədəniyyət və turizm naziri ilə görüşüb

Aprel 28, 2025 14:29 / 162
Fuad Nağıyev Türkiyənin Mədəniyyət və turizm naziri ilə görüşüb
A-
A
A+

25-26 aprel tarixlərində Azərbaycan nümayəndə heyəti Türkiyənin Ərzurum şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm nazirlərinin 6-cı iclası və İƏT-in turizm üzrə yüksək səviyyəli ekspertlərinin 8-ci iclasında iştirak edib.

cbx-add

Turizmplus.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində Fuad Nağıyev və Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında görüş təşkil olunub.

Görüşdə Azərbaycan və Türkiyə arasında turizm sahəsində əlaqələrin gücləndirilməsi üçün mümkün perspektivlər müzakirə edilib, qarşılıqlı turist mübadiləsinin artırılması üçün iki ölkə arasında mövcud uçuşların artırılması və bu sahədə əməkdaşlıq mexanizmlərinin inkişafının zəruriliyi qeyd olunub.

Fuad Nağıyev öz növbəsində Mehmet Nuri Ersoyu cari ilin 4-6 iyun tarixlərində Azərbaycanın ev sahibliyi ilə keçiriləcək “BMT Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclası”nda iştirak etməyə dəvət edib.

Oxşar xəbərlər