“Flydubai” sərnişinlər üçün ödənişsiz və yüksək sürətli internet xidmətini istifadəyə verəcək – AÇIQLAMA

Fevral 10, 2026 20:32 / 52
“Flydubai” sərnişinlər üçün ödənişsiz və yüksək sürətli internet xidmətini istifadəyə verəcək – AÇIQLAMA
A-
A
A+

Flydubai sərnişin məmnuniyyətini artırmaq və uçuş təcrübəsini daha müasir səviyyəyə çatdırmaq məqsədilə növbəti innovativ addımını elan edib.

cbx-add

Bu gün keçirilən tədbirdə “Aviapartners” şirkətinin Bakı ofisinin rəhbəri Zöhrab Əliyev Turizmplus.az saytına açıqlamasında bildirib ki, aviaşirkət 2026-cı ilin may ayından etibarən bütün flydubai təyyarələrində sərnişinlər üçün ödənişsiz və yüksək sürətli internet xidmətini istifadəyə verəcək.

Yeni xidmət uçuşun bütün mərhələlərində fasiləsiz şəkildə aktiv olacaq. Belə ki, sərnişinlər uçuşa qalxma və eniş zamanı, eləcə də uçuş boyunca sabit və sürətli internet bağlantısından yararlana biləcəklər.

Tətbiq ediləcək yenilik sərnişinlərə səyahət zamanı daim əlaqədə qalmaq, onlayn xidmətlərdən istifadə etmək, həmçinin iş fəaliyyətlərini fasiləsiz davam etdirmək imkanı yaradacaq.

Turizm sektoru baxımından isə bu addım flydubai reyslərinin cəlbediciliyini daha da artıracaq. Xüsusilə Dubay və digər beynəlxalq istiqamətlər üzrə səyahət edən turistlər üçün daha rahat və müasir uçuş təcrübəsi formalaşacaq ki, bu da ümumilikdə sərnişin axınının artmasına müsbət təsir göstərə bilər.

Flydubai müasir texnologiyaların tətbiqi ilə aviasiya sahəsində xidmət keyfiyyətini yüksəltmək və beynəlxalq standartlara uyğun yenilikləri davam etdirmək niyyətində olduğunu vurğulayır.

Oxşar xəbərlər