USD 1.7
16 °C

Erkən Rezervasiyalar üçün turistlərdən alınan ilkin ödənişlər necə düzgün idarə edilməlidir? – TRAVACCO

Oktyabr 21, 2024 12:55 / 156
Erkən Rezervasiyalar üçün turistlərdən alınan ilkin ödənişlər necə düzgün idarə edilməlidir? – TRAVACCO
A-
A
A+

Bəzi hallarda erkən rezervasiyalar zamanı müştərilərdən alınan ilkin ödənişlərin hesabatının aparılmasında turizm şirkətləri çətinliklərlə üzləşir. Nəticədə, şirkətlər müştəri arasında problemlər yaranır.

cbx-add

Turizmplus.az xəbər verir ki, bu prosesin effektiv idarə olunması üçün aşağıdakı məqamlara diqqət edilməlidir:

Avans Ödənişlərinin İzlənməsi

Erkən rezervasiya zamanı turistlərdən avans ödənişi alınırsa, bu ödənişlərin düzgün qeyd edilməsi və mütəmadi olaraq siyahı şəklində izlənməsi vacibdir.

Maliyyə Vəziyyətinin Düzgün Analizi

Səyahət agentlikləri erkən rezervasiyalar zamanı, turistlər tərəfindən edilən və nəticədə hesablarında yüksək məbləğlərdə toplanan ödənişlərin, bəzən hansı hissəsinin mənfəət yoxsa kreditor borc olduğunu təhlil etməkdə çətinlik yaşayırlar. Periodik olaraq bu məlumatların analizi mütləqdir.

Mənfəət Hesabatı

Şirkətlər bəzən düzgün mənfəət hesabatı aparmadıqları üçün, zərərdə olduqları halda kreditor borc olaraq toplanan məbləğləri şirkət və digər xərclərə yönəldə bilirlər. Kreditor ödənişləri bu böyük maliyyə problemləri ilə nəticələnə bilər.

Ödəniş Təqvimi və Bildirişlər

Turistlərin son ödəniş tarixlərini izləmək və ödəmələr haqqında məlumatlandırıcı bildirişlər göndərmək vacibdir.

Riskin Azaldılması

Erkən rezervasiyalar zamanı potensial riskləri azaltmaq üçün hesab-faktura, müqavilə və qaydaları müəyyən etmək və bu məlumatları turistlər ilə aydın şəkildə bölüşmək lazımdır.

Səyahət Agentlikləri yuxarıda sadalanan hesabatlar və analizlər üçün müxtəlif excel fayllar və proqramlardan istifadə edir. Lakin bu hesabatları əldə etmək üçün, mühasiblər və ya şirkət rəhbərləri uzun saatlar itirməli olurlar.

Travacco.com – Səyahət Agentliklərinə bu hesabat və analizləri sadəcə bir düyməylə, istənilən period və kriteriyalarda təqdim etmə imkanına sahibdir.

Daha ətraflı məlumat üçün: Travacco.com

Video təlimlərimiz: https://youtube.com/@travacco?si=JVY0ooCcb8OFvY0d

Telefon: 051 466 69 39
Email: support@travacco.com

Travacco. – Turizm sektoru üçün mühasibatlıqda gələcəyin həlledici platforması!

Oxşar xəbərlər