Ələtdə inşa olunan hava limanından sərnişindaşıma üçün də istifadə olunacaq.

Turizmplus.az xəbər verir ki, bunu Zonanın Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda “Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.
“Hava limanı 750 hektar ərazini əhatə edəcək. Əvvəlcə bu obyekt yalnız yük daşınması üçün nəzərdə tutulmuşdu, ancaq qərar dəyişib”, – deyə o qeyd edib.
Qeyd edək ki, hava limanının 2026-cı ilin birinci rübünə kimi fəaliyyətə başlayacağı gözlənilir.