USD 1.7
7 °C

ELÇİN ƏSGƏROV: “Frisaga” Azərbaycanın turizm potensialını dünyaya tanıdan şirkətdir

Noyabr 19, 2024 11:50 / 186
ELÇİN ƏSGƏROV: “Frisaga” Azərbaycanın turizm potensialını dünyaya tanıdan şirkətdir
A-
A
A+

Turizmplus saytının yeni layihəsi Azərbaycanda fəaliyyətə başlamış dəyərli “startup”lar və turizm sektorunda artıq uğur qazanmış şirkətlərlə bağlı olacaq. Bu silsilə yazılarda biz həmin şirkətlərin yaranma tarixləri, inkişaf mərhələləri və uğurları barədə danışacayıq. Siz də şirkətinizi bu layihədə görmək istəyirsinizsə +99450 212 36 96 nömrəsinə yazaraq məlumat ala bilərsiniz.

cbx-add

Beləliklə, ilk müsahibəmiz belə uğurlu şirkətlərdən biri, yerli brendimiz “Frisaga”  şirkətinin İcraçı direktoru Elçin Əsgərovla baş tutdu.

Frisaga nədir?

– Frisaga, 2019-cu ildən fəaliyyət göstərən Azərbaycanın yerli startup layihəsi olan turizm platformasıdır. Onun əsas məqsədi turistlərə vahid pəncərə sistemi üzərindən öz səyahət hekayələrini yaratmaqla, Azərbaycanın turizm potensialını dünyaya tanıtmaqdır. Frisaga, turistlərə tarixi abidələr, mədəni irs, otellər, restoranlar, avtomobil icarəsi və tur paketləri kimi xidmətləri bir platformadan asanlıqla sifariş etməyə imkan verir. Platforma azərbaycan, rus və ingilis dillərində mövcud olub, 32-dən
çox ölkədə fəaliyyət göstərərək həm yerli, həm də beynəlxalq turistlər və sahibkarlar üçün çevik və əlverişli həllər təqdim edir.

Frisaga platformasının yaranma məqsədi nədir?

– Frisaga-nın əsas məqsədi yerli sahibkarlar, fermer təsərrüfatlarının yerləşdirmə obyektləri, turizm məhsullarını daha geniş auditoriyaya çıxarmaqla Azərbaycanın turizm potensialını beynəlxalq səviyyədə tanıtmaq və turistlər üçün müxtəlif xidmətləri bir arada təqdim edən təhlükəsiz və innovativ bir platforma yaratmaqdır. Bu yanaşma həm ölkəmizin turizm sektoruna töhfə verir, həm də yerli sahibkarları dəstəkləyir.

Frisaga sahibkarlar üçün hansı üstünlükləri təqdim edir?

– Frisaga, sahibkarlar üçün qlobal bazara çıxış imkanı təqdim edir. Digər platformalardan fərqli olaraq daha səmərəli komissiya şərtləri təklif edir və məhsulun geniş auditoriyaya çatdırılmasına şərait yaradır. Bu, sahibkarların gəlir potensialını artırır və məhsul və xidmətlərinin daha əlçatan olmasını təmin edir.

Tərəfdaş olaraq Frisaga partnyorlara nə verir?

– Frisaga, partnyorlara əlavə ödəniş tələb etmədən booster və promo imkanlarını təqdim edir. Bu yanaşma onların məhsul və xidmətlərinin axtarış nəticələrində irəli çıxmasını və reytinqdə yüksəlməsini təmin edir. Üstəlik, yerli ödəniş sistemi olduğuna görə əlavə rüsumların ödənilməsi ehtiyacını da aradan qaldırır.

Niyə Frisaga-nı seçməlidirlər?

– Frisaga həm beynəlxalq, həm də yerli oxşar platformalardan daha səmərəli komissiya şərtləri ilə daha çox funksiya və imtiyazlar təqdim edir. Platforma həm sahibkarların məhsul və xidmətlərini irəli çıxarır, həm də istifadəçilərə güvənli, çevik və əlverişli şərtlər yaradır.

Frisaga-nın üstün satış məqamları hansılardır?

– Frisaga-nın əsas üstünlükləri arasında etibarlı ödəniş sistemi, aşağı komissiya, multi-dil seçimi, 32 ölkədə yayım və şəbəkələşmə imkanları var. Platforma həmçinin rəqəmsallaşmış və süni intellekt texnologiyalarından istifadə edərək açar sözləri təqdim etməklə partnyorlar üçün effektiv kontent yaradılmasını təmin edir.

Frisaga-nın gələcək planları hansılardır?

– Frisaga, fəaliyyətini daha çox ölkəyə genişləndirməyi və təqdim etdiyi xidmətləri artırmağı hədəfləyir. Bundan əlavə, yerli turizm xidmətlərini daha rəqabətqabiliyyətli etmək üçün innovativ texnologiyalar tətbiq etməyi və yerli sahibkarları dəstəkləməyi planlaşdırır.

Frisaga-nın Azərbaycanın turizm sektoruna hansı töhfələri olub?

– Frisaga, Azərbaycanın turizm potensialını beynəlxalq səviyyədə tanıtmaqla yanaşı, yerli sahibkarlarla beynəlxalq müştərilər arasında effektiv körpü rolu oynayır. Platforma vasitəsilə ölkəyə daha çox turist cəlb olunub, bu da həm iqtisadiyyatın inkişafına, həm də Azərbaycanın mədəni irsinin daha geniş auditoriyaya çatdırılmasına töhfə verir.

Oxşar xəbərlər