EKSKLÜZİV: Bu gecə Bakıdan Dubaya 4 reys həyata keçirilə bilər

Mart 2, 2026 21:44 / 187
EKSKLÜZİV: Bu gecə Bakıdan Dubaya 4 reys həyata keçirilə bilər
A-
A
A+

Bu gün gecə saatlarında flydubai aviaşirkəti tərəfindən Bakı–Dubay istiqamətində 4 reysin icra olunması planlaşdırılır.

cbx-add

Bu barədə Aviapartners şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Zöhrab Əliyev Turizmplus.az saytına açıqlamasında bildirib.

Məlumata görə, sözügedən reyslər gecə saatlarında həyata keçiriləcək və sərnişinlərin uçuşlarla bağlı son məlumatları öncədən dəqiqləşdirmələri tövsiyə olunur.

Bileti olan sərnişinlər əldə etdikləri turizm şirkəti və ya agentliklə əlaqə saxlaya, eyni zamanda uçuşların dəqiq vaxtını hava limanının məlumat mərkəzinə zəng edərək öyrənə bilərlər.

Qeyd edək ki, təyyarələrdən ikisi 3 gün öncə Rusiyanın müxtəlif  şəhərlərindən Dubaya uçuş üçün yola çıxsa da BƏƏ hava məkanının bağlı olması səbəbindən Bakıda məcburi eniş ediblər.

Oxşar xəbərlər