USD 1.7
25 °C

Dünya turizmini daha AĞIR GÜNLƏR GÖZLƏYİR – EKSPERT RƏYİ

İyun 23, 2025 14:23 / 83
Dünya turizmini daha AĞIR GÜNLƏR GÖZLƏYİR – EKSPERT RƏYİ
A-
A
A+

Antalya Kent Konseyi Turizm Qrupu sədri və NBK Touristik-in baş direktoru Rəcəb Yavuz İsrail-İran müharibəsi və Hörmüz boğazının bağlanması ehtimalının dünya turizminə təsiri ilə bağlı turizmdays.com saytına eksklüziv açıqlamalar verib. Yavuz bildirib ki, yaşanan gərginlik təkcə siyasi deyil, həm də iqtisadi və turistik nəticələr doğura bilər.

cbx-add

“Hörmüz Boğazı bağlanarsa, tətil daha bahalı olacaq”

Rəcəb Yavuz qeyd edib ki, Hörmüz boğazının bağlanması halında neftin qiymətinin 100 dolları keçəcəyi ilə bağlı qlobal gözləntilər var. Uçuş xərclərinin ciddi şəkildə artacağını bildirən Yavuz bu xərclərin birbaşa turistə yansıtmanın mümkün olmadığını, bu səbəbdən turizm operatorlarının böyük maliyyə yükü ilə üzləşəcəyini deyib.

O bildirib:

“Bu vəziyyət dolmayan reyslərin ləğvinə və bəzi marşrutların fəaliyyətini dayandırmasına gətirib çıxara bilər. Bu isə qısa müddətdə həm tətil xərclərini artıracaq, həm də tətilə çıxma imkanlarını məhdudlaşdıracaq”.

Yanacaq ehtiyatı olanlar ayaqda qalacaq

Yavuz bəzi hava yolları şirkətlərinin yanacaq ehtiyatlarını əvvəlcədən sabitləşdirməklə bu dövrdən daha az zərər görəcəyini vurğulayıb. Lakin ümumi mənzərəyə baxdıqda təyyarə, gəmi və quru yolu daşımalarının da bahalaşacağı açıq şəkildə görünür. O bildirib:

“Müharibənin başladığı ilk 10 gündə yanacağın qiyməti 10 dollar artdı və bu artım davam edir. Bu vəziyyət turizm sektoru üçün təkcə iqtisadi deyil, həm də əməliyyat baxımından ciddi çətinliklər yaradacaq”.

Yaxın Şərqdə turizm dayanma nöqtəsinə gəlir

Rəcəb Yavuz bildirib ki, Yaxın Şərq ölkələri bu böhrandan ən çox təsirlənəcək istiqamətlər sırasındadır. İsrail, Misir, Küveyt, Oman, BƏƏ və Səudiyyə Ərəbistanı kimi ölkələrdə turizm fəaliyyətləri demək olar ki, dayanıb.

O qeyd edib ki, hava məkanlarının bağlanması, təhlükəsizliklə bağlı narahatlıqlar və müharibə riski son illərdə populyarlıq qazanan Şərqi Aralıq dənizi istiqamətlərinə ciddi təsir göstərir.

Dünya turizmini çətin günlər gözləyir

Yekunda Rəcəb Yavuz vurğulayıb ki, İsrail-İran müharibəsi təkcə regional münaqişə olmaqdan çıxaraq qlobal turizmə də ciddi zərbə vurmaq potensialına malikdir. Xüsusilə iyul və avqust aylarında planlaşdırılmış tətil səfərlərinin ləğvi və ya təxirə salınması mümkündür. Turizm sektoru isə geosiyasi prosesləri diqqətlə izləməyə davam edir.

Oxşar xəbərlər