Dünya çempionatı üçün ABŞ-yə səfər edəcək bilet sahibləri üçün xoş xəbər – ABŞ VİZASI

Fevral 5, 2026 16:12 / 71
Dünya çempionatı üçün ABŞ-yə səfər edəcək bilet sahibləri üçün xoş xəbər – ABŞ VİZASI
A-
A
A+

ABŞ-nin Bakıdakı səfirliyi futbol üzrə dünya çempionatına bileti olan şəxslər üçün viza proseduru ilə bağlı görüş təşkil edəcək.

cbx-add

Turizmplus.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“FIFA Dünya Kuboku 2026 oyunlarını izləmək məqsədilə bu il ABŞ-yə səfər edəcək bilet sahibləri üçün xoş xəbər – ABŞ vizası üçün prioritet görüş imkanı təqdim edirik! Əgər bileti birbaşa FIFA-dan almısınızsa, indi FIFA PASS proqramına qoşula bilərsiniz”, – səfirliyin məlumatında bildirilib.

Qeyd edək ki, DÇ-2026-da ilk dəfə 48 komanda iştirak edəcək. Turnir 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Oxşar xəbərlər