Dubaydakı bu məşhur əyləncə mərkəzləri müvəqqəti BAĞLANDI

Mart 10, 2026 12:36 / 47
Dubaydakı bu məşhur əyləncə mərkəzləri müvəqqəti BAĞLANDI
A-
A
A+

BƏƏ-nin Dubay əmirliyində yerləşən məşhur turizm və əyləncə kompleksi “Global Village” fəaliyyətini müvəqqəti dayandırdığını açıqlayıb.

cbx-add

Turizmplus.az yerli KİV-lərə istinadən xəbər verir ki, kompleks rəsmi qurumların tövsiyəsi əsasında təhlükəsizlik tədbiri kimi fəaliyyətini növbəti bildirişədək dayandırıb. Ziyarətçilərə parkın yenidən nə vaxt açılacağı ilə bağlı məlumatları rəsmi veb-sayt və sosial media hesablarından izləmələri tövsiyə olunub.

Eyni zamanda bildirilib ki, ehtiyat tədbiri olaraq Dubayın digər məşhur turizm məkanları – “Ain Dubai” və “Dubai Parks and Resorts” də müvəqqəti olaraq bağlanıb.

Qeyd edək ki, Global Village hər il milyonlarla turistin ziyarət etdiyi Dubayın ən məşhur mövsümi turizm və əyləncə məkanlarından biridir. Kompleksdə müxtəlif ölkələrin pavilyonları, mədəni proqramlar, alış-veriş və əyləncə zonaları fəaliyyət göstərir.

Oxşar xəbərlər