Dubayda qalan vətəndaşlarımız “flydubai” ilə Bakıya qayıtmağa başlayır – ÖZƏL GÖRÜNTÜLƏR

Mart 3, 2026 11:11 / 242
Dubayda qalan vətəndaşlarımız “flydubai” ilə Bakıya qayıtmağa başlayır – ÖZƏL GÖRÜNTÜLƏR
A-
A
A+

Dubayda qalan vətəndaşlarımızın bir hissəsi flydubai hava yolları ilə bu gün saat 11:00-da Dubaydan Bakıya yola düşüb.

cbx-add

Bu barədə Aviapartners şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Zöhrab ƏliyevTurizmplus.az saytına açıqlamasında bildirib.

Son günlər regionda yaranmış hava məkanı məhdudiyyətləri və uçuş cədvəllərində baş verən dəyişikliklər səbəbindən Birləşmiş Ərəb Əmirliklərində, xüsusilə də Dubai şəhərində müvəqqəti olaraq qalan Azərbaycan vətəndaşlarının mərhələli şəkildə ölkəyə qaytarılması başlayıb.

Məlumata görə, bugünkü reyslə bir qrup sərnişin təhlükəsiz şəkildə Bakıya yola salınıb.

Qeyd edək ki, aviaşirkət və aidiyyəti qurumlar tərəfindən sərnişinlərin təhlükəsizliyi əsas prioritet olaraq saxlanılır, uçuşların icrası isə hava məkanındakı vəziyyətə uyğun olaraq həyata keçirilir.

Oxşar xəbərlər