DTA-nın Turizm İdarəsində kadr dəyişikliyi; Elnarə Əliyeva-İskəndərova rəis təyin edildi
Dövlət Turizm Agentliyinin Bakı-Abşeron Regional Turizm İdarəsinin rəisi Rauf Səfərov vəzifəsindən azad olunub.
Turizmplus.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev müvafiq əmr imzalayıb.
Digər əmrlər, Bakı-Abşeron Regional Turizm İdarəsinin rəisi vəzifəsinə Elnarə Rüfət qızı Əliyeva-İskəndərova təyin edilib.
Qeyd edək ki, Bakı-Abşeron Regional Turizm İdarəsi 2023-cü ildə yaradılıb və həmin ildən sözügedən qurumun rəisi Səfərov Rauf Gündüz oğlu olub. Elnarə Əliyeva-İskəndərova Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının üzvüdür.

