DTA-da Aparat rəhbəri vəzifəsini Kənan Quluzadə icra edir – AÇIQLAMA
May 22, 2025 15:04 / 172

A-
A
A+
Mediadan gələn çoxsaylı sorğulara cavab olaraq bildiririk ki, hazırda Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri vəzifəsini müvəqqəti olaraq sədrin müşaviri Kənan Quluzadə icra edir.

Turizmplus.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Xatırladaq ki, bu ilin mart ayında qurumun əvvəlki Aparat rəhbəri Kənan Qasımov vəzifəsindən azad edilib.