“Fairmont Baku, Flame Towers” hotelinin Satış və Marketinq üzrə Direktoru Doğu Yaman vəzifəsindən ayrılıb.
Turizmplus.az xəbər verir ki, bu barədə məlumatı Doğu Yaman şəxsi sosial şəbəkə hesabında paylaşıb. O, paylaşımında Fairmont Baku-da fəaliyyətinin başa çatdığını bildirərək, yeni peşəkar mərhələyə qədəm qoyduğunu qeyd edib.
Hazırda onun növbəti karyera addımı ilə bağlı rəsmi məlumat verilməyib.

