DİQQƏT: Dubay və Abu-Dabidə qalan turistlər üçün rəsmi prosedur açıqlandı

Mart 1, 2026 13:16 / 152
DİQQƏT: Dubay və Abu-Dabidə qalan turistlər üçün rəsmi prosedur açıqlandı
A-
A
A+

Birləşmiş Ərəb Əmirliklərində mövcud uçuş məhdudiyyətləri ilə əlaqədar olaraq Dubay və Abu-Dabi şəhərlərində qalan turistlər üçün yeni prosedur müəyyənləşdirilib.

cbx-add

Turizmplus.az xəbər verir ki, əgər rezervasiya yerli qəbul edən hər hansı DMC şirkəti vasitəsilə həyata keçirilibsə və Dubayda yerləşən istənilən oteldə qalan turistlər yaşayış xərclərini müstəqil şəkildə qarşılaya bilmirlərsə, müəyyən edilmiş qaydada hərəkət etməlidirlər.

İlk növbədə turistlər mövcud vəziyyətləri barədə qaldıqları oteli məlumatlandırmalıdırlar. Bundan sonra isə otel rəsmi şəkildə info@dubaidet.ae elektron poçt ünvanına müraciət etməli və aşağıdakı məlumatları təqdim etməlidir:

  • Qonaqların tam məlumatları

  • Vauçerin surəti (mövcud olduqda)

  • BƏƏ-yə giriş tarixi

  • Planlaşdırılmış uçuş (çıxış) tarixi

Digər tərəfdən, uçuş məhdudiyyətləri səbəbindən planlaşdırılmış tarixdə ölkəni tərk edə bilməyən və Abu-Dabi şəhərində olan turistlərin oteldə qalma müddətinin uzadılacağı açıqlanıb. Qalma müddətinin uzadılması Abu-Dabi Department of Culture and Tourism tərəfindən həyata keçiriləcək.

Qeyd olunub ki, uzadılma ilə bağlı bütün xərclər Abu-Dabi Tourism Board tərəfindən tam şəkildə qarşılanacaq.

Turistlər və ya agentliklər bu barədə təqdim olunan rəsmi məktubu mütləq şəkildə otelə təqdim etməlidirlər.

Əlavə suallar yarandığı təqdirdə aidiyyəti qurumlarla əlaqə saxlamaq tövsiyə olunur.

Oxşar xəbərlər