DİQQƏT: DTA turoperatorlar üçün əməkdaşlıq üzrə müraciətlərin qəbulunu açıq elan edib
Dekabr 12, 2024 12:03 / 193
A-
A
A+
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası məqsədi iləDövlət Turizm Agentliyi Cəbrayıl, Qubadlı və Zəngilan istiqamətlərinə turist səfərlərinin təşkili məqsədi ilə əməkdaşlıq üçün müraciətlərin qəbulunu açıq elan edir.
Turizmplus.az quruma istinadən xəbər verir ki, turoperatorların müraciətlərinə 3 iş günü ərzində baxılaraq, müəyyən edilmiş tələblərə uyğun olan və təsdiqedici sənədlərini təqdim edən turoperatorlar ilə müvafiq əməkdaşlıq müqaviləsi bağlanacaqdır.
Təşkil ediləcək turlar çərçivəsində Cocuq Mərcanlı və Ağalı kəndlərini, Cəbrayılda yerləşən Dostluq bulağı və Çinar kəhrizini, Həkəri və Bərgüşad çaylarının qovuşduğu ərazini, Zəngilanda yerləşən Şəhri Şərifan qalıqları və Zəngilan məscidini, eləcə də digər əraziləri ziyarət etmək mümkün olacaq.
Müraciət etmək üçün buradakı ərizəni doldurub və əlavə edilməli sənədlər ilə birlikdə “Turoperator ilə əməkdaşlıq” başlığı altında info@tourism.gov.az e-poçt ünvanına göndərilməlidir.
Əməkdaşlıq ilə bağlı qaydaları bu keçiddən əldə etmək mümkündür.
Qeyd edək ki, Cəbrayıl, Qubadlı və Zəngilan istiqamətində turist səfərləri yalnız Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq edən turoperatorlar tərəfindən həyata keçirilə bilər.