USD 1.7
15 °C

DİQQƏT DƏLƏDUZLUQ: “Bakı hava limanında itirilmiş baqaj cəmi 1.88 AZN”

Oktyabr 31, 2024 11:36 / 405
DİQQƏT DƏLƏDUZLUQ: “Bakı hava limanında itirilmiş baqaj cəmi 1.88 AZN”
A-
A
A+

Son günlər sosial şəbəkələrdə guya Heydər Əliyev adına Beynəlxalq Hava Limanında itirilmiş baqajların satışa çıxarılması ilə bağlı məlumatlar yayılıb.

cbx-add

Turizmplus.az xəbər verir ki, bu məlumatlar əsla həqiqəti əks etdirmir və insanları maliyyə tələsinə salmaq üçün nəzərdə tutulub.  Linklərə kliklədiyiniz zaman müxtəlif suallar verilir və mərhələlər sonra guya baqaj qazandığınız barədə məlumat gəlir. Ödəniş mərhələsinə keçid etdikdə isə kartınızın məlumatlarını daxil edirsiniz. Bu zaman kartınızdan külli miqdarda məbləğlər oğurlanır.

Qeyd edək ki, bu dələduzluq əməli barədə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından da rəsmi xəbərdarlıq edilib.

Oxşar xəbərlər