DİQQƏT: Çinə səyahət edən xarici vətəndaşlar üçün yeni qayda
Çinə səyahət edən bütün xarici ölkə vətəndaşları üçün yeni qayda qüvvəyə minib. Belə ki, Çin Xalq Respublikasına daxil olan xarici sərnişinlər “China Arrival Card” (Çin Gəliş Kartı) artıq onlayn formada doldurmalıdırlar.
Turizmplus.az xəbər verir ki, Gəliş Kartı Çinin Milli Miqrasiya Administrasiyasının (National Immigration Administration – NIA) rəsmi portalı üzərindən təqdim olunur. Sərnişinlər səfərdən öncə və ya Çinə girişdən əvvəl aşağıdakı rəsmi link vasitəsilə formu doldura bilərlər:
https://s.nia.gov.cn/ArrivalCardFillingPhone/
Onlayn formada pasport məlumatları, səfərin məqsədi, Çində qalınacaq ünvan və digər əsas məlumatlar daxil edilir. Form doldurulduqdan sonra yaradılan QR kod immiqrasiya nəzarəti zamanı təqdim olunur.
Yeni sistem kağız daşıyıcıların istifadəsini minimuma endirməklə yanaşı, sərnişinlər üçün Çinə giriş prosesini daha sürətli və rahat edir.
Qeyd edək ki, bu qayda əsasən turistlər, işgüzar səfər edənlər və digər xarici ziyarətçilərə şamil olunur.

