8, 11 və 15 mart tarixlərinə planlaşdırılan AZAL-ın J2 055 / J2 056 nömrəli Bakı – Şarm El Şeyx – Bakı istiqamətində uçuşları ləğv olunub.
Turizmplus.az xəbər verir ki, bu barədə tərəfdaş turizm şirkətlərinə məlumat verilib. Bildirilib ki, qeyd olunan reyslər üzrə bilet almış sərnişinlərə uçuşların ləğvi barədə məlumat verilməsi və müvafiq tədbirlərin görülməsi xahiş olunur.

