Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar, “Azərbaycan Hava Yolları” aviaşirkətinin 13 və 14 iyun 2025-ci il tarixlərinə nəzərdə tutulan bir sıra reysləri ləğv edilib.

Turizmplus.az reyslərin siyahısını oxucuların nəzərinə çatdırır:
• Bakı – Təl-Əviv – Bakı
J2 021/022 (13 iyun)
J2 321/322 (13 iyun)
J2 021/022 (14 iyun)
• Bakı – Dubay – Bakı
J2 011/012 (13 iyun)
• Bakı – Tehran – Bakı
J2 8017/8018 (13 iyun)
Qeyd edilib ki, uçuşların təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir.