“Shusha Hospitality Group”un nəznində fəaliyyət göstərən “Qarabağ Hotel” və “Xarıbülbül Hotel” daxili turizimlə məşğul olan şirkətlərin rəsmi nümayəndələri üçün Qarabağa info-tur təşkil edəcək.
Turizmplus.az xəbər verir ki, info-tur Şuşa ərazisində həyata keçiriləcək. İştirak etmək istəyən şirkətlər +994 55 625 35 25 (Natiq İslamov) nömrəsi ilə əlaqə saxlaya bilər.
Qeyd edək ki, “Shusha Hospitality Group” (Şuşada fəaliyyət göstərən “XarıBülbül” Hotel, “XarıBülbül Residence” və “Qarabağ” Hotellərinin idarəedici biznes qurumu) olaraq, 2024-cü ilin aprel ayından etibarən biznesə dəstək məqsədilə hotellərimizə qonaq təyinatlı portal icazələrini təşkil etmək imkanı tanınmış və bu məqsədlə müraciət edən fərdi və qrup rezervasiyalarının icazələri təşkil edilməkdədir.