“Comfort Holiday Travel” “Outgoing Manager” axtarır – İŞ VAR
Comfort Holiday Travel — turizm sahəsində etibarlı, yenilikçi və müştəri yönümlü fəaliyyət göstərən şirkətdir. Məqsədimiz səyahəti hər kəs üçün daha rahat, professional və əlçatan etməkdir.
Axtardığımız ideal namizəd:
– Ünsiyyətdə sərbəst və özünə güvənən
– Satış prosesində təşəbbüskar
– Operativ və diqqətli
– Komanda ruhuna uyğun
– Sürətli qərar vermə bacarığına malik
Tələblər:
– Turizm sahəsində minimum 1 il iş təcrübəsi
– Ali təhsil
– Azərbaycan dili yüksək səviyyədə (İngilis dili mütləq deyil, amma rus dili bilən namizədlərə üstünlük veriləcək.)
– Məsuliyyətli, öyrənməyə açıq və ünsiyyətcil olmaq
– Yaş həddi: 20–35
Vəzifə öhdəlikləri:
– Xarici turların hazırlanması və satışını həyata keçirmək
– Müştərilərlə effektiv ünsiyyət və satış bacarıqlarının tətbiqi
– Yeni əməkdaşlar üçün onboarding və mentor dəstəyi
– Professional inkişaf və xarici işgüzar səfər imkanı
Biz nə təklif edirik?
– Dinamik və pozitiv komanda
– Müasir və rahat iş şəraiti
– Aylıq və illik satış nəticələrinə əsaslanan bonus sistemi
– Karyera inkişafı üçün real imkanlar
– Səyahət etmək və turizm sahəsində təcrübəni genişləndirmək şansı
İş rejimi:
– Həftə içi: 10:00 – 19:00
– Şənbə: 10:00 – 17:00
Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müəyyən ediləcək.
Müraciət üçün:
CV-nizi “Outgoing Manager” başlığı ilə hr@cht.az ünvanına göndərin.

