“Classic Voyage Tours”un təşkilatçılığı ilə növbəti təqdimat keçirilib

“Classic Voyage Tours” şirkətinin təşkilatçılığı ilə fevralın 12-də Türkiyənin məşhur Barut hotellərinin təqdimatı keçirilib.

Turizmplus.az xəbər verir ki, “Atelier 61” restoranında keçirilən tədbirdə Barut hotellərinin baş satış direktoru Erol Çanga brend barədə ümumi məlumatları paylaşıb, hotellərdə yeniliklər, mövsümə hazırlıq və xidmətlər barədə tədbir iştirakçılarına informasiyalar verib. Tədbirin əsas hissəsi Didim bölgəsində keçən il istifadəyə verilən “Anda Barut Collection Hotel” barədə olub. Bu yeni otel 547 otaq və 14 Bayou Villas ilə birlikdə ümumilikdə 561 otaq və 1136 çarpayı tutumuna malikdir. Həmçinin, otelin dayanıqlı turizm və ekoloji cəhətdən təmiz texnologiyalara xüsusi önəm verdiyi vurğulanıbş
Qeyd edək ki, tədbirdə yerli turizm şirkətlərini təmsil edən 50-dən çox nümayəndə iştirak edib.