Bu şəxslər Azərbaycan vizasını ÖDƏNİŞSİZ ala biləcək: WUF13 iştirakçıları üçün xüsusi viza qaydaları

Aprel 3, 2026 15:12 / 50
Bu şəxslər Azərbaycan vizasını ÖDƏNİŞSİZ ala biləcək: WUF13 iştirakçıları üçün xüsusi viza qaydaları
A-
A
A+

Azərbaycan Respublikası Hökuməti WUF13 iştirakçıları üçün təqdim olunacaq xüsusi vizanın şərtlərini açıqlayıb.

cbx-add

Turizmplus.az xəbər verir ki, UN-Habitat onlayn qeydiyyat sistemi vasitəsilə qeydiyyatdan keçmiş şəxslər ödənişsiz WUF13 xüsusi vizası ala biləcəklər.

Məlumata görə, qeydiyyat təsdiqləndikdən sonra iştirakçılar həm xüsusi elektron viza keçidi, həm də Azərbaycanın xaricdəki diplomatik nümayəndəlik və konsulluqları vasitəsilə müraciət edə bilərlər.

WUF13 xüsusi vizası birdəfəlik giriş hüququ verəcək və Azərbaycan ərazisində 30 günədək qalmağa imkan yaradacaq. Vizanın rəsmiləşdirilməsi müraciət təqdim edildikdən sonra 3 iş günü ərzində həyata keçiriləcək.

Qeyd olunub ki, viza müraciətləri üçün son tarix 22 may 2026-cı ildir. Xarici iştirakçıların pasportlarının etibarlılıq müddəti isə vizanın bitmə tarixindən ən azı 3 ay artıq olmalıdır.

Azərbaycanı tərk etdikdən sonra tədbirdə iştirak məqsədilə yenidən ölkəyə daxil olmaq istəyən şəxslər xüsusi viza üçün təkrar müraciət etməlidirlər.

Bundan əlavə, Azərbaycan ilə vizasız rejimi olan ölkələrin vətəndaşlarının WUF13 xüsusi vizası üçün müraciət etməsinə ehtiyac yoxdur.

Azərbaycan Respublikası ilə bir sıra xarici ölkələr arasında mövcud olan ikitərəfli hökumətlərarası sazişlərə əsasən, vizasız gediş-gəliş rejimi mövcuddur. İştirakçılar vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr barədə əlavə məlumatı aşağıdakı keçiddən əldə edə bilərlər:

www.mfa.gov.az/en/category/visa/visa-free-countries

İştirakçılar üçün 24/7 fəaliyyət göstərən xüsusi viza dəstəyi xidməti də yaradılıb.

Səfərdən əvvəl və ya səfər zamanı dəstəyə ehtiyacı olan iştirakçılar üçün aşağıdakı əlaqə vasitələri mövcuddur:

Oxşar xəbərlər