Bodrumdakı bu hotelə rezervasiya edənlərin diqqətinə – CİNAYƏT İŞİ AÇILIB

Oktyabr 21, 2025 12:17 / 118
Bodrumdakı bu hotelə rezervasiya edənlərin diqqətinə – CİNAYƏT İŞİ AÇILIB
A-
A
A+

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan “qara pul yuma”, “sələmçilik” və “cinayət təşkilatı yaratmaq” ittihamları üzrə istintaq çərçivəsində Bodrumdakı The Paramount Hotel (indiki adı ilə The Plaza Bodrum) və ona məxsus şirkətin paylarına əl qoyulub. Aralarında Sezgin Baran Korkmazın da olduğu 7 nəfər barəsində həbs qərarı çıxarılıb.

cbx-add

Turizmplus.az xəbər verir ki, istintaq zamanı otelin və şübhəli Şaban Kayıkçıya məxsus Bodrum Otel İşletmələri A.Ş. şirkətindəki payın müsadirə edildiyi, həmçinin TMSF-nin (Əmanətlərin Sığortalanması Fondu) şirkətə qəyyum təyin olunduğu bildirilib.

Saxlanılan şəxslər arasında Cihan Ekşioğlu, Çağlar Şendil, Melike Yüksel, Sinan Görkem Gökçe və Şaban Kayıkçı da var.

İttihamlara görə, şübhəlilər Ufuk Turizm İşletmələri A.Ş. adlı şirkətin çətin vəziyyətindən yararlanaraq onu borclandırıblar, faizlə pul veriblər və 2019-cu ildən sonra Bodrum Torbadakı otelin üst mülkiyyət hüququnu ələ keçiriblər.

Hazırda prokurorluq qara pul yuma və sələmçilik ittihamları ilə bağlı araşdırmanı genişləndirərək davam etdirir.

Oxşar xəbərlər