USD 1.7
24 °C

BMT: 2025-ci ildə beynəlxalq turizm gəlirləri 2019-cu ili ötəcək

May 21, 2025 15:30 / 35
BMT: 2025-ci ildə beynəlxalq turizm gəlirləri 2019-cu ili ötəcək
A-
A
A+

Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatı (UNWTO) yeni hesabatında bildirib ki, 2025-ci ilin sonuna qədər beynəlxalq turizm gəlirləri pandemiyadan əvvəlki dövrü – 2019-cu ili geridə qoyacaq. Proqnozlara əsasən, bu il qlobal turizm gəlirləri 1.7 trilyon ABŞ dollarını keçəcək ki, bu da 2019-cu ilin göstəricisindən təxminən 5% yüksək deməkdir.

cbx-add

Turizmplus.az xəbər verir ki, hesabatda görə, turizm sənayesinin sürətli bərpasında rəqəmsallaşma, davamlı turizmə keçid, eləcə regionlararası səyahətlərin artması əsas rol oynayıb.

UNWTO baş katibi Zurab Pololikaşvili çıxışında vurğulayıb ki, xüsusilə Asiya, Afrika Latın Amerikası kimi inkişaf etməkdə olan bölgələrdə turist axını əhəmiyyətli dərəcədə artıb:

Dünya turizmi pandemiyanın təsirlərindən güclənmiş şəkildə çıxır. Turizm təkcə iqtisadi deyil, həm sosial mədəni dirçəlişin aparıcı qüvvəsinə çevrilir.”

Hesabata görə, 2025-ci ildə ən çox gəlir əldə edən ölkələr sırasında Fransa, ABŞ, İspaniya, Çin BƏƏ yer alacaq. Xüsusilə Orta Şərq Cənub-Şərqi Asiya regionları turizm investisiyalarında rekord artım nümayiş etdirib.

Qeyd edək ki, 2020-2022-ci illərdə pandemiya səbəbindən beynəlxalq turizm gəlirləri kəskin şəkildə azalmışdı. 2025-ci ilin nəticələri isə sənayenin tam bərpa olunduğunu yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Oxşar xəbərlər