Novruz bayramı münasibətilə Şahdağ Turizm Mərkəzində xüsusi bayram proqramı təşkil olunacaq.
Turizmplus.az xəbər verir ki, 20–24 mart tarixlərində keçiriləcək Novruz həftəsi çərçivəsində qonaqlar üçün müxtəlif əyləncə və tədbirlər planlaşdırılıb.
Proqram çərçivəsində ziyarətçiləri Keçəl və Kosa personajları, DJ və rəqs proqramları, eləcə də canlı musiqi çıxışları gözləyir. Təşkilatçılar bayram günlərində qonaqlar üçün unudulmaz və əyləncəli ab-hava yaradılacağını bildirir.
Qonaqlara baharın gəlişini ailə üzvləri və dostları ilə birlikdə Şahdağda qeyd etmək tövsiyə olunur.

