“Baku Marriott Hotel Boulevard” beynəlxalq dərəcəli sertifikatla təltif olunub

Yanvar 23, 2026 12:02 / 30
“Baku Marriott Hotel Boulevard” beynəlxalq dərəcəli sertifikatla təltif olunub
A-
A
A+

“Baku Marriott Hotel Boulevard” əməkdaşların rifahına və insan mərkəzli idarəetmə modelinə verdiyi önəmə görə “TakeCare” Sertifikatına layiq görülüb.

cbx-add

Turizmplus.az xəbər verir ki, “TakeCare” Sertifikatı müəssisədə sağlam və dəstəkləyici iş mühitinin formalaşdırılması, əməkdaşların peşəkar və şəxsi inkişafına göstərilən diqqət, eləcə də korporativ mədəniyyətdə “insan amili”nin ön planda saxlanılması kimi meyarlar əsasında təqdim olunur.

Hotel rəhbərliyinin bildirdiyinə görə, Baku Marriott Hotel Boulevard-da əməkdaşlara qayğı təşkilati fəlsəfənin əsas tərkib hissəsidir. Məhz bu yanaşma xidmət keyfiyyətinin yüksəlməsinə və qonaq məmnuniyyətinin davamlı təmin olunmasına şərait yaradır.

Oxşar xəbərlər