Baku Holiday Travel xarici bloggerləri Bakıya dəvət edərək şəhərin turizm imkanlarını tanıdıb

Fevral 16, 2026 15:46 / 86
Baku Holiday Travel xarici bloggerləri Bakıya dəvət edərək şəhərin turizm imkanlarını tanıdıb
A-
A
A+

Azərbaycan turizminin beynəlxalq platformalarda tanıdılması istiqamətində növbəti addım Baku Holiday Travel tərəfindən atılıb. Şirkətin təşkilatçılığı ilə İtaliyadan 2, İspaniyadan isə 5 olmaqla ümumilikdə 7 xarici blogger Bakıya səfər edib.

cbx-add

Turizmplus.az xəbər verir ki, bloggerlər 23–27 noyabr tarixlərində paytaxtda qalaraq Bakının əsas turizm məkanları ilə tanış olublar. Səfər proqramı çərçivəsində şəhərin mərkəzi hissəsi, tarixi və mədəni abidələr, həmçinin Azərbaycanın fərqli turizm istiqamətləri qonaqlara təqdim edilib.

Proqram zamanı iştirakçılar Qobustan qayaüstü rəsmləri, Atəşgah məbədi və regionun seçilən məkanlarından biri olan Savalana səfər ediblər. Bu məkanlar bloggerlərə Azərbaycanın qədim tarixi, mədəni irsi və müasir turizm potensialı haqqında dolğun təəssürat yaradıb.

Səfərin əsas məqsədi Bakının və ətraf bölgələrin turizm imkanlarını xarici auditoriyaya tanıtmaq, sosial media və rəqəmsal platformalar vasitəsilə ölkəmizin turizm imicini gücləndirmək olub. Layihə çərçivəsində xarici bloggerlərin hazırlayacağı paylaşımlar Azərbaycanın turizm dəyərlərinin Avropa ölkələrində daha geniş kütləyə çatdırılmasına xidmət edəcək.

Baku Holiday Travel tərəfindən həyata keçirilən bu təşəbbüs Azərbaycanın beynəlxalq turizm bazarında tanıdılması və ölkəyə marağın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Oxşar xəbərlər