Bakıdan bu şəhərlərə uçmaq istəyənlərin nəzərinə: REYSLƏR TƏXİRƏ SALINDI

Mart 17, 2026 15:19 / 146
Bakıdan bu şəhərlərə uçmaq istəyənlərin  nəzərinə: REYSLƏR TƏXİRƏ SALINDI
A-
A
A+

Bir sıra beynəlxalq istiqamətlər üzrə planlaşdırılan AZAL uçuşları müvəqqəti olaraq təxirə salınıb.

cbx-add

Turizmplus.az xəbər verir ki, mövcud vəziyyətlə əlaqədar aşağıdakı marşrutlar üzrə uçuşlarda dəyişiklik edilib:

• Bakı – Riyad – Bakı marşrutu üzrə uçuşlar 18 mart tarixinədək
• Bakı – Doha – Bakı marşrutu üzrə uçuşlar 29 mart tarixinədək
• Bakı – Dammam – Bakı marşrutu üzrə uçuşlar 30 mart tarixinədək
• Bakı – Tel Aviv – Bakı marşrutu üzrə uçuşlar isə 31 mart tarixinədək təxirə salınıb

Sərnişinlərə uçuşlarla bağlı yenilikləri mütəmadi olaraq izləmələri və aviaşirkətlər və ya turizm agentlikləri ilə əlaqə saxlamaları tövsiyə olunur.

Aidiyyəti qurumlar tərəfindən tərəfdaşlara sərnişinlərin vaxtında məlumatlandırılması və zəruri tədbirlərin görülməsi ilə bağlı çağırış edilib.

Oxşar xəbərlər