Bakıdan bu istiqamətə reyslər BƏRPA EDİLİR
Mart 14, 2025 11:44 / 106

A-
A
A+
“Azərbaycan Hava Yolları” QSC (AZAL) aprelin 1-dən etibarən Özbəkistanın Səmərqənd şəhərinə müntəzəm uçuşları bərpa edir.

Turizmplus.az xəbər verir ki, Bakı-Səmərqənd-Bakı marşrutu üzrə aviabiletlər artıq satışdadır.
Uçuşlar Bakıdan Səmərqəndə çərşənbə axşamı və şənbə günləri, Səmərqənddən Bakıya isə çərşənbə və bazar günləri yerinə yetiriləcək.