Bakıda Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert keçiriləcək

Noyabr 4, 2025 12:11 / 281
Bakıda Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert keçiriləcək
A-
A
A+

Noyabrın 8-də Dənizkənarı Milli Parkda Zəfər Günü münasibətilə bayram konserti təşkil olunacaq.

cbx-add

Turizmplus.az xəbər verir ki, Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbir ölkəmizin qəhrəmanlıq dolu tarixinə, Vətən müharibəsində əldə olunan Şanlı Qələbəyə həsr olunub.

Bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları, sevilən müğənnilər və rəqs kollektivləri çıxış edəcəklər. Tədbir boyu Zəfər Gününün əzəmətini və xalqımızın birliyini əks etdirən musiqi nömrələri səslənəcək.

Gecənin sonunda paytaxt səmasını işıqlandıracaq möhtəşəm atəşfəşanlıq proqramı nəzərdə tutulub.

Oxşar xəbərlər