USD 1.7
22 °C

Bakıda Dubay turizminin təqdimatı keçirilib – FOTOREPORTAJ

Aprel 15, 2025 11:36 / 395
Bakıda Dubay turizminin təqdimatı keçirilib – FOTOREPORTAJ
A-
A
A+

Bakıda Dubayın təqdimat mərasimi keçirilib. Tədbir “Voyager” tur-operatoru, “Flydubai” hava yolları və Dubay Turizm Departamentinin birgə təşkilatçılığı ilə baş tutub.

cbx-add

Turizmplus.az xəbər verir ki, mərasimdə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi, həmçinin Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) sədri Göydəniz Qəhrəmanov iştirak edib.

ŞİRKƏTİNİZ TRİPPOST.AZ – MİLLİ SƏYAHƏT PLATFORMASINDA QEYDİYYATDAN KEÇİB?

Tədbiri giriş sözü ilə “Aviapartner” şirkətinin Azərbaycan nümayəndəliyi üzrə Zöhrab Əliyev açıb. Onun sözlərinə görə, bu cür təşəbbüslər Azərbaycan ilə BƏƏ arasında turizm əlaqələrinin genişlənməsinə, qarşılıqlı səfərlərin təşviqinə və turizm sahəsində yeni əməkdaşlıqların qurulmasına xidmət edir.

Daha sonra rəsmi şəxslərin çıxışları dinlənilib, təqdimata start verilib.

Tədbirə yerli turizm sənayesini təmsil edən 60-a yaxın qonaq qatılıb. Təqdimat zamanı Dubayın turizm imkanları, yeni marşrutlar, xidmətlər və iki ölkə arasında əməkdaşlıq perspektivləri barədə ətraflı məlumat verilib.

Oxşar xəbərlər