Bakıda daha bir hoteldə ÖLÜM HADİSƏSİ

Fevral 13, 2026 16:09 / 105
Bakıda daha bir hoteldə ÖLÜM HADİSƏSİ
A-
A
A+

Bakıda 25 yaşlı kişinin hoteldə meyiti tapılıb.

cbx-add

Turizmplus.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dünən saat 13 radələrində paytaxtın Yasamal rayonu Ə.Haqverdiyev küçəsində yerləşən “Jade” hotelində baş verib.

Bakı şəhər sakini 2001-ci il təvəllüdlü İbrahim Kərimovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən sorğuya cavab olaraq bildirilib ki, fevralın 12-si saat 13:34 radələrində mərkəzə Bakı şəhəri, Yasamal rayonundan çağırış qeydə alınıb: “Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Briqada tərəfindən 2001-ci il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb”.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər