USD 1.7
20 °C

Bakı-Naxçıvan-Bakı avtobus reysləri də LƏĞV EDİLDİ

İyun 13, 2025 20:48 / 79
Bakı-Naxçıvan-Bakı avtobus reysləri də LƏĞV EDİLDİ
A-
A
A+

Təhlükəsizlik məqsədilə İran ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri iyunun 13-dən fəaliyyətini dayandırıb.

cbx-add

Turizmplus.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, ı-Bakı-Naxçıvan-Bakı reyslərinin bərpası barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Əlavə suallar yaranarsa, sərnişinlər AYNA-nın “141” Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, İran ərazisindən keçən Bakı-Naxçıvan-Bakı avtobus marşrutu 2007-ci il noyabrın 8-dən fəaliyyət göstərir. Naxçıvan-Bakı marşrutu ilə hərəkət edən avtobuslar İran ərazisindən keçməklə ümumilikdə 645 kilometr məsafə qət edir.

Oxşar xəbərlər