USD 1.7
26 °C

Bakı hava limanında bayram günlərində sərnişin axını 30%-dən çox artıb

Mart 27, 2024 11:34 / 75
Bakı hava limanında bayram günlərində sərnişin axını 30%-dən çox artıb
A-
A
A+

2024-cü il martın 20-dən 27-dək Heydər Əliyev Beynəlxalq Aeroportu 121 mindən çox sərnişinə xidmət göstərərək əvvəlki ilin nəticələrini 32,5% üstələyib. 2023-cü ilin eyni dövründə bu rəqəm 91,3 min sərnişin təşkil edib.

“Mediaplus” xəbər verir ki, bayram günlərində hava limanının bütün xidmətləri gücləndirilmiş iş rejimində çalışaraq fasiləsiz iş rejimini təmin edib və aeroportun məsuliyyət zonasında hər hansı gecikmələrə yol verilməyib.

Ən sıx gün martın 24-də olub və 19 334 sərnişinə xidmət göstərilib. Həmin gün Heydər Əliyev Beynəlxalq Aeroportunda aviaşirkətlər tərəfindən 162 reys həyata keçirilib.

Hava limanından ən populyar istiqamətlər Naxçıvan, İstanbul, Dubay, Tbilisi, Əbu-Dabi, Moskva, Dehli, Sankt-Peterburq, Ankara və Aktau olub.

Oxşar xəbərlər