USD 1.7
31 °C

Azərbaycanlı səyahətçilər arasında ƏN ÇOX SƏYAHƏT EDİLƏN ŞƏHƏRLƏR AÇIQLANIB

İyul 11, 2025 11:39 / 168
Azərbaycanlı səyahətçilər arasında ƏN ÇOX SƏYAHƏT EDİLƏN ŞƏHƏRLƏR AÇIQLANIB
A-
A
A+

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Beynəlxalq Aeroportu I yarımilə aid statistikaları açıqlayıb.

cbx-add

Turizmplus.az xəbər verir ki, bu müddət ərzində 39 aviaşirkət (onlardan 16-sı loukoster) tərəfindən ümumilikdə 27 091 uçuş həyata keçirilib. Beynəlxalq sərnişinlərin sayı 3 milyon 114 min nəfərə çatıb və bu axının 51%-i xarici aviadaşıyıcıların payına düşüb. Bakı hava limanından 34 ölkə və 69 şəhərə birbaşa uçuşlar icra olunub.

Tranzit sərnişin axınında da güclü dinamika müşahidə olunub: bu göstərici 17% artaraq 196 498 nəfərə yüksəlib. Ən çox səyahət edilən beynəlxalq istiqamətlər sırasına İstanbul, Moskva, Tbilisi, Dubay və Əbu Dabi daxildir.

Oxşar xəbərlər