Arman Tağızadə “Hilton Maldives Amingiri Resort & Spa” hotellər şəbəkəsində yeni vəzifəyə təyin olunub.
Turizmplus.az xəbər verir ki, o, Rusiya və MDB ölkələri üzrə satış direktoru vəzifəsinə yüksəlib.
Arman Tağızadə bununla bağlı bildirib ki, bu təyinat onun peşəkar fəaliyyətində mühüm mərhələdir və bu yolda ona dəstək olan hər kəsə təşəkkür edib.
Qeyd edək ki, Arman Tağızadə uzun illərdir turizm və hotelçilik sahəsində fəaliyyət göstərir.

