Azərbaycanı beynəlxalq səviyyədə təmsil edən Jeluxe Travel “Pegas Touristik Awards”da qalib olub

Noyabr 8, 2025 10:39 / 397
Azərbaycanı beynəlxalq səviyyədə təmsil edən Jeluxe Travel “Pegas Touristik Awards”da qalib olub
A-
A
A+

Hər il olduğu kimi, Pegas Touristik beynəlxalq tur-operatoru müxtəlif ölkələr üzrə ən uğurlu tərəfdaşlarını və satış liderlərini mükafatlandırıb. Bu il keçirilən beynəlxalq mərasimdə 800-dən çox şirkət iştirak edib.

cbx-add

Turizmplus.az xəbər verir ki, bu mötəbər tədbirdə Azərbaycanı təmsil edən şirkətlərdən “Jeluxe Travel” yüksək mükafata layiq görülüb.

Şirkətin rəhbəri Vüsal Nəsirov bu uğurla bağlı bildirib:

“Bu, sadəcə bizim deyil, bizə etibar edən bütün turistlərimizin qələbəsidir. Hər gün əzmlə işləyir, müştərilərimizin etimadını qazanmaq və onu qorumaq üçün var gücümüzlə çalışırıq. Bu uğur – komanda ruhunun, peşəkarlığın və inamın nəticəsidir.”

Qeyd edək ki, Jeluxe Travel bundan öncə də Azərbaycan üzrə Doha istiqamətində lider şirkət kimi mükafata layiq görülmüşdü.

Oxşar xəbərlər