Azərbaycan vətəndaşları Dohadan belə evakuasiya olunur – EKSKLÜZİV VİDEO
Regionda yaranmış vəziyyət və Qətər hava məkanının bağlı qalması səbəbindən xaricdə qalan azərbaycanlı turistlərin çıxarılması üçün alternativ plan həyata keçirilir. Artıq bir qrup azərbaycanlı turist quru yolu ilə Səudiyyə Ərəbistanı ərazisinə keçərək təhlükəsiz şəkildə bu ölkəyə çatdırılıb və prosesin görüntülərini Turizmplus.az saytına göndəriblər.
Məlumata görə, turistlərin avtobuslarla Ciddə şəhərinə aparılması planlaşdırılıb. Yolun təxminən 25 saat davam etdiyi, bu müddətə sərhəd keçidləri və zəruri dayanacaqların da daxil olduğu bildirilir.
Planın növbəti mərhələsində isə turistlərin 7 mart səhər saatlarında Azərbaycan Hava Yolları (AZAL) tərəfindən həyata keçiriləcək Bakı istiqamətli reyslə birbaşa Azərbaycana gətirilməsi nəzərdə tutulur.
Əlavə məlumatlar daxil olduqca proseslə bağlı yeniliklərin Turizmplus.az vasitəsilə paylaşılacağı bildirilir.

