Azərbaycan və Yunanıstan arasında turizm əlaqələrinin möhkəmləndirilməsi müzakirə edilib
PAŞA Travel-ın Baş İcraçı Direktoru Bəhruz Əsgərov ilə Yunanıstanın Azərbaycandakı yeni təyin olunmuş səfiri xanım Maria Papakonstantinu arasında görüş keçirilmişdir.
Turizmplus.az xəbər verir ki, görüş zamanı xanım səfir yeni təyinatı münasibətilə təbrik edilmiş, həmçinin 2025-ci ilin yay mövsümündə Yunanıstanın Krit adasına həyata keçirilmiş ilk çarter reysləri barədə fikir mübadiləsi aparılmışdır. Layihə çərçivəsində səfirlik tərəfindən göstərilən dəstək xüsusi olaraq yüksək qiymətləndirilmişdir.
Tərəflər Azərbaycan və Yunanıstan arasında turizm imkanlarını, hər iki istiqamətin potensialını və gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmiş, eyni zamanda Azərbaycan–Yunanıstan turizm əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı turist axınının artırılması və uzunmüddətli tərəfdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparmışlar.


