Xəbər verdiyimiz kimi, Heydər Əliyev Beynəlxalq Aeroportu I yarımilə aid statistikaları açıqlayıb.

Turizmplus.az xəbər verir ki, Azərbaycan üzərindən ən çox uçuş həyata keçirən aparıcı beynəlxalq aviaşirkətlər arasında Turkish Airlines, Singapore Airlines, Thai Airways, Cathay Pacific və Air India ön sıralarda yer alıb.
İyunda isə tarixi rekord qeydə alınıb: bir ayda 29 300 uçuş, 28 iyun tarixində isə bir gündə 1057 uçuşa xidmət göstərilib — bu, Azərbaycanın aviasiya tarixində ən yüksək günlük göstəricidir.