Azərbaycanda dəmir yollarının yaranmasının 145 illik yubileyi münasibətilə Azərbaycan Dəmiryol Muzeyində açıq qapı günləri keçiriləcək.

Turizmplus.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
Bildirilib ki, 14–19 oktyabr tarixlərində muzeyə giriş tam pulsuz olacaq.
“Bu fürsətdən siz də yararlanın – muzeydə dəmir yollarının 145 illik tarixinə səyahət edənlərdən olun”, – deyə məlumatda qeyd olunur.
Azərbaycan Dəmiryol Muzeyi ziyarətçilərə ölkənin dəmir yolu tarixinin formalaşma mərhələlərini, qədim bilet və sənədləri, modelləri və nadir eksponatları görmək imkanı yaradır.
Qeyd edək ki, muzey həftənin 5 günü – çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə və şənbə günləri saat 10:00-18:00, bazar günləri isə 11:00-17:00 arası fəaliyyət göstərir.