“AZE Turizm” Tallində keçirilən beynəlxalq tədbirdə mükafatla təltif olunub

Dekabr 2, 2025 16:04 / 312
“AZE Turizm” Tallində keçirilən beynəlxalq tədbirdə mükafatla təltif olunub
A-
A
A+

Noyabrın 25-də Estoniyanın Tallin şəhərində keçirilən beynəlxalq tədbirdə “AZE Turizm” şirkəti mükafata layiq görülüb. Şirkət bu uğuru Baltik regionu ilə Azərbaycan arasında iqtisadi və turizm əməkdaşlığının genişləndirilməsinə verdiyi töhfələrə görə əldə edib.

cbx-add

Şirkətdən Turizmplus.az-a verilən məlumata görə, layihə çərçivəsində görülən işlər Azərbaycanın turizm potensialının Avropa bazarında daha yaxından tanıdılmasına xidmət edib.

“Bu təşəbbüs Azərbaycanın turizm imkanlarını Avropa bazarında daha yaxından tanıtmaq üçün mühüm platforma oldu. Layihə sayəsində həm işgüzar, həm də mədəni əlaqələrin genişlənməsinə real töhfə verdik”, – deyə şirkətin rəhbəri Anna Məmmədova bildirib.

Layihəyə Latviya Ticarət və Sənaye Palatası rəhbərlik edib. Tərəfdaş qurumlar sırasında Estoniya Ticarət və Sənaye Palatası və Finlandiyanın Satakunta Tətbiqi Elmlər Universiteti yer alıb. Bu əməkdaşlıq Baltik regionu ilə Azərbaycan arasında yeni iqtisadi və turizm körpüsünün formalaşmasına şərait yaradıb.

Üç il davam edən layihə çərçivəsində Azərbaycana 6 ticarət missiyası təşkil olunub, Mərkəzi Baltik regionundan 100-dən çox şirkət ölkəmizə səfər edərək ikitərəfli görüşlərdə iştirak edib.

Oxşar xəbərlər