AZAL şirkətlərə xəbərdarlıq etdi – CƏRİMƏ TƏTBİQ OLUNACAQ
AZAL şirkətlərə Tbilisi istiqamətində olan reyslərlə bağlı xəbərdarlıq edib.
Turizmplus.az məlumatın mətnini olduğu kimi oxucularına çatdırır:
“Məlumat üçün bildiririk ki, agentliklər tərəfindən Tbilisi istiqamətində olan reyslərdə mütəmadi olaraq böyük sayda yerlər dondurularaq saxlanılır və bu səbəbdən real sərnişinlər üçün yerlərin rəsmiləşdirilməsində çətinliklər yaranır.
Xatırlatmaq istərdik ki, saxta (təsdiqlənməmiş) rezervasiyalar bu gün ərzində ləğv edilmədiyi halda, bu cür bronlara ADM qaydalarına uyğun olaraq cərimə tədbiq olunacaqdır.
Eyni zamanda diqqətinizə çatdırırıq ki, *Tbilisi istiqamətindəki uçuşlar üzrə rezervasiyaların saxlanılma müddəti (time limit) qaydaları yenilənəcəkdir və bu müddət aviaşirkət tərəfindən dəyişdiriləcəkdir.*
Sizə qaydalara riayət etməyə və belə hallara yol verilməməsinə xahiş edirik”.

