USD 1.7
27 °C

AZAL-dan AKSİYA: Bu istiqamətlərə sərfəli aviabiletlər

May 23, 2024 15:11 / 287
AZAL-dan AKSİYA: Bu istiqamətlərə sərfəli aviabiletlər
A-
A
A+

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Buxarest və Sofiya istiqamətlərinə xüsusi qiymətlərlə aviabiletlər təklif edir.

cbx-add

Turizmplus.az xəbər verir ki, Bakı ilə Buxarest və Bakı ilə Sofiya arasında uçuşlara aviabiletləri 99 avrodan əldə etmək mümkündür. Aviaşirkətin bu marşrutlar üzrə yerinə yetirdiyi gediş-dönüş reyslərinə aviabiletlərin qiyməti 169 avrodan başlayır.

Xüsusi qiymətlər mayın 23-dən iyunun 5-nə kimi əldə edilən aviabiletlərə tətbiq edilir və yüksək tələbat dövrü istisna olmaqla, aviaşirkətin 3 iyun-25 oktyabr 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur. Təklif çərçivəsində 10 kq-a qədər əl yükünün daşınması mümkündür.

Qeyd edək ki, AZAL Rumıniyanın paytaxtı Buxarestə uçuşlara həftədə iki dəfə, bazar ertəsi və cümə axşamları olmaqla iyunun 3-dən başlayacaq. Bolqarıstanın paytaxtı Sofiyaya isə reyslər iyunun 7-dən həftədə iki dəfə — çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.

Aviabiletləri rəsmi www.azal.az saytından və aviaşirkətin yenilənmiş mobil tətbiqindən əldə etmək olar.

Oxşar xəbərlər