USD 1.7
20 °C

AZAL bu günə planlaşdırılan daha üç istiqamətə reysləri ləğv edib

İyun 13, 2025 20:41 / 143
AZAL bu günə planlaşdırılan daha üç istiqamətə reysləri ləğv edib
A-
A
A+

Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarını təhlükəsizlik səbəbindən bağlaması ilə əlaqədar olaraq, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) iyunun 13-nə planlaşdırılan üç reys ləğv edilib.

cbx-add

Turizmplus.az aviaşirkətə istinadən xəbər verir ki,  Bakı-Lahor-Bakı (J2 145/146), Bakı-Mumbai-Bakı (J2 059/060) və Bakı-Dammam-Bakı (J2 8205/8206) reysləri ləğv edilib.

“AZAL uçuşların təhlükəsizliyini prioritet hesab edərək vəziyyəti daim nəzarətdə saxlayır və sərnişinləri baş verən yeniliklər barədə operativ şəkildə məlumatlandıracaq”, – məlumatda deyilir.

Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

Oxşar xəbərlər