ATAA və “Dukkan Khatai” birgə işgüzar səhər yeməyi təşkil edib – FOTOLAR

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) və “Dukkan Khatai” restoranının birgə təşkilatçılığı ilə 40-a yaxın üzv turizm şirkətinin nümayəndələrinin iştirakı ilə işgüzar səhər yeməyi keçirilib.

Turizmplus.az xəbər verir ki, tədbir çərçivəsində ATAA üzvlərinə “Dukkan” restoranlar şəbəkəsinin fəaliyyəti ilə bağlı ətraflı təqdimat nümayiş olunub. Restoranın müştəri tutumu, menyu çeşidləri və korporativ qiymət təklifləri barədə geniş məlumat verilib. Həmçinin gələcək əməkdaşlıq imkanları və turizm agentlikləri ilə tərəfdaşlıq perspektivləri ətrafında müzakirələr aparılıb.
Tərəflər qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi və qonaqlara yüksək səviyyəli xidmət göstərilməsi istiqamətində birgə təşəbbüslərin əhəmiyyətini vurğulayıblar.
ATAA bu kimi tədbirlərin turizm sektorunun inkişafı və yerli sahibkarlarla agentliklər arasında qarşılıqlı faydalı münasibətlərin qurulmasında mühüm rol oynadığını qeyd edib.


