USD 1.7
31 °C

ATAA üzvləri “Runaway House Talıstan” ilə tanış olublar – FOTOLAR

İyul 15, 2025 16:13 / 272
ATAA üzvləri “Runaway House Talıstan” ilə tanış olublar – FOTOLAR
A-
A
A+

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilatçılığı ilə gəlmə turizmi sahəsində fəaliyyət göstərən üzv şirkətlər üçün İsmayıllı rayonunda yerləşən, yeni fəaliyyətə başlayan “Runaway House Talıstan” turizm məkanına tanışlıq səfəri təşkil edilib.

cbx-add

Turizmplus.az xəbər verir ki, səfərin əsas məqsədi yerli turizm bazarında yeni fəaliyyətə başlayan turizm məkanının potensial imkanları ilə yaxından tanış olmaq, onu üzv şirkətlərə tanıtmaq və regionun turizm cəlbediciliyinin artırılmasına töhfə verməkdir.

Tanışlıq səfəri çərçivəsində ATAA üzvlərinə “Runaway House Talıstan” turizm məkanının təqdimatı keçirilib, burada qonaqlara məkanın konsepsiyası, yerləşmə və xidmət imkanları, ekoloji yanaşması barədə ətraflı məlumat verilib.

Tanışlıq səfərində İsmayıllı Rayonunun İcra Hakimiyyətinin başcısı Nahid Bağırov da iştirak edib.

Qeyd edək ki, “Runaway House Talıstan” öz unikal konsepsiyası, təbiətə inteqrasiya olunmuş yerləşmə modelləri, sakit və ekoloji mühit təqdim edən istirahət imkanları ilə həm yerli, həm də xarici turistlər üçün maraqlı və fərqli təcrübələr təqdim edir. Məkan istər fərdi, istər ailəvi, istərsə də qrup turlar üçün əlverişli imkanlar təklif edir.

“Runaway House Talıstan” haqqında geniş reportaj bu həftə Turizmplus.az saytında yayımlanacaq.

Oxşar xəbərlər